sitename
0

Bulvarda üç nəfər özünü dənizə atdı, biri boğuldu - YENİLƏNİB

Baxış: 462

Bakı bulvarında baş vermiş hadisənin təfərrüatı məlum olub. 

Baku.ws saytı xəbər verir ki, suda boğulan gənc “Tik-tok” video platforması üçün video çəkmək istəyib. 

Hadisə şahidləri bildiriblər ki, saat 18.00 radələrində iki dost bulvarda suya atılaraq kadrları lentə almaq istəyib. Onlardan biri, adı hələlik məlum olmayan 22 yaşlı oğlan suda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib. 

20.02

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

Report” xəbər verir ki, təxminən 22-23 yaşında oğlan özünü dənizə atıb.   

Məlumata görə, həmin şəxslə yanaşı iki dostu dənizə atılıb. 

Onların içkili olduğu bildirilir. Üç nəfərdən ikisinin həyatını xilas etmək mümkün olsa da, biri boğulub. 

Hələlik ölənin şəxsiyyəti bilinmir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz