sitename
0

Əhali TƏŞVİŞ İÇİNDƏ: Bu ölkədə son 2 saatda 6 güclü zəlzələ baş verdi - Yaralılar var / VİDEO

Baxış: 1 656

Albaniyada rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Röyters agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri  ölkənin cənub-şərqindəki Korça şəhərindən 15 kilometr məsafədə, yerin 14 kilometr dərinliyində yerləşib. Təbii fəlakət nəticəsində azı 5 nəfər xəsarət alıb. Tikililərə ciddi ziyan dəyib.

Yerli mənbələr son 2 saat ərzində bölgədə 6 zəlzələnin baş verdiyini yazır. Onlardan 3-nün təsiri 3 baldan çox olub.

Bəzi iş yerləri fəaliyyətini dayandırıb. İnsanlar həyəcan içindədir. Bölgəyə xilasedicilər cəlb edilib. Yeraltı təkanlar Yunanıstanda da hiss edilib.


  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz