sitename
0

Bəhramla Tahir Nazpərini ələ saldı - VİDEO

Baxış: 2 982

Xalq artisti Nazpəri Dostəliyevanın "Metro, avtobus sənət adamları üçün deyil" ifadəsi qalmaqala səbəb olub. Bir çox sənət adamı müğənninin fikirlərinə etirazını bildirib.

Press-az.com axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov Dostəliyevanın sözlərini ələ salıblar.

Aktyorlar metroda video çəkərək sosial şəbəkədə paylaşıblar. Metrodan keçmək istəyən Bəhrama Tahir "Çıx bayıra, metro sənətkar üçün deyil. Avtobusa da minmə" sözlərini deyib. Bağırzadə isə "Sənətkar da varsan" cavabını verib.

Videoda Nazpərinin "Nə olar Allahım, ayırma bizi" mahnısı səsləndirilib.


  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz