sitename
0

Şeyxülislam: Bu yolverilməzdir və düzgün deyil

Baxış: 444

 Bəzi qaraguruhçular istəyirlər ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə göstərsinlər.

Press-az.com-un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini durum çox yaxşıdır və dindarlar üçün hər bir şərait yaradılır:

“Amma bu dini durumdan istifadə edən bəzi qaraguruhçular istəyirlər ki, bəzən Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə göstərsinlər. Əlbəttə ki, bu yolverilməzdir və düzgün deyil. Bu bəlkə də Azərbaycan xalqına qarşı olan bir iddiadır”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz