sitename
0

İctimai Birlik Göygöldə Xeyriyyə tədbiri keçirib.

Baxış: 209
"Şəfqət Nuru" Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl şəhəri Qırıxlı kəndində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında,Dövlət Sosial Müdafiə Fondunun 142 nəfər qadından ibarət 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində, Ramazan Bayramı münasibətilə bayram xeyriyyə tədbiri keçirilmişdir.
Press-az.com-un verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan birliyin sədri Aynurə Xudiyeva həmin müəssədə yerləşən qadınları bu müqəddəs gün münasibəti ilə təbrik edərək, Allah yolunda tutulan bütün oruc və dualarının qəbul olmasını arzu edib.
Tədbir Göygöl  Ansanbılının müşahidəçiliyi ilə  musiqilər səsləndirilmiş, birlik tərəfindən bayram süfrəsi açılmışdır.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz