sitename
0

Şahmatçımız Moskvada erməniyə qarşı

Baxış: 155

Şahmatçımız Moskvada erməniyə qarşı

Bü gün Moskvada ənənəvi “Aeroflot Open” şahmat turniri start götürüb.

Press-az.com xəbər verir ki, reytinqi yüksək olan iştirakçıların mübarizə apardığı yarışın A qrupunda ölkəmizi iki şahmatçı təmsil edir. 

Bunlar yarışın reytinq favoritlərindən biri hesab olunan Rauf Məmmədov (2703) və qrossmeysterimiz Eltac Səfərlidir (2681). Bu dəqiqələrdə yarışın I turunun oyunları çərçivəsində iştirakçılar arasında reytinqcə altıncı olan Rauf Məmmədov rusiyalı Semyon Lomasovla, reytinqcə onuncu pillədə olan Eltac isə erməni Aram Hakobyanla qarşılaşır.

Qeyd edək ki, yarışın B qrupunda ölkəmiz daha böyük heyətlə təmsil olunur. B qrupunda şahmatçılarımız Vüqar Əsədli (2449), Azərbaycan çempionu Məhəmməd Muradlı (2444), Azərbaycan ikincisi Xanım Balacayeva (2397), Ülviyyə Fətəliyeva (2318), Aydın Süleymanlı (2317) və Read Səmədov (2180) çıxış edirlər.

Qeyd edək ki, doqquz raundlu İsveçrə sistemi ilə keçirilən yarışın qalibi Almaniyanın Dortmund şəhərində keçiriləcək super turnirə vəsiqə qazanır. Yarışın mükafat fondu 120 min avrodur. Blits turniri isə fevralın 28-də keçiriləcək. Həmin yarışın mükafatçıları 20 min avronu öz aralarında bölüşdürəcək.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz