sitename
0

Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma

Baxış: 437

Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma.


Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub.
Bu barədə "bloknot Volqoqrada” portalı məlumat yayıb. Verilən məlumata görə, hadisə Volqoqrad yaxınlığındakı Frolovo şəhərində qeydə alınıb.

Bildirilir ki, martın 10-da gecə saatlarında erməni və azərbaycanlılara məxsus mağazaya basqın olub. Basqın dağıstanlılar tərəfindən təşkil edilib.

İnsident zamanı dağıstanlılar silaha əl atıblar. Açılan atəş nəticəsində mağazanın sahiblərindən biri ölüb. Bundan başqa, 3 nəfər də ağır yaralanıb. Yaralılardan 3-ü dağıstanlıdır.

Onlardan biri ilk atəş açan və ermənini öldürən şəxsdir. Digər yaralı isə mağaza sahiblərindən digəri, milliyətcə azərbaycanlıdır.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 dağınstanlı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./baku.ws
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz