sitename
0

Təyyarə qəzasında 157 nəfər öldü, 1 nəfər isə görün necə sağ qala bilib

Baxış: 859
Təyyarə qəzasında 157 nəfər öldü, 1 nəfər isə görün necə sağ qala bilib

Yunanıstan vətəndaşı Antonios Mavropulos Əddis-Əbebedən Nayrobiyə uçarkən qəzaya uğramış təyyarəyə iki dəqiqə gecikdiyini bildirib.

"Posta.az"" xəbər verir ki, bu barədə "İzvestiya.ru" "Greek Reporter"a istinadən bildirib.

Sərnişin bildirib ki, o, yükünü verməyib, buna görə də ekipaj onu gözləməyib.

"Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Məni təyyarəyə buraxmadıqlarına görə çox hirslənmişdim", - deyə Mavropulos bildirib.

O, qeyd edib ki, gecikmə həyatında ən uğurlu hadisə olub, ancaq qəzadan sonra bu, polisdə şübhə doğurub.

"Təyyarəyə əyləşməyən yeganə şəxs idim, amma qəza ilə mənim aramda heç bir məntiqi əlaqə yox idi, çünki yük mənimlə idi. Buna görə polis məni uzun müddət sorğu-sual etmədi", - deyə o əlavə edib.

Qeyd edək ki, Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü də daxil olmaqla, 157 nəfər olub. Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıb. Qəzanın səbəbləri hələ məlum deyil.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz