sitename
0

Bakıda dəhşətli avtobus qəzasından YENİ MƏLUMAT - Günahkar tapıldı

Baxış: 444
Yanvarın 6-da Binəqədi-Balaxanı yolunda "Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili ilə toqquşan 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun toqquşması hadisəsi ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.1-ci (yol nəqliyyat hadisəsi - nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılan işin materialları Binəqədi Məhkəməsinə göndərilib. İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, qəzaya evakuatorun sürücüsü səbəb olub. Hadisədə ağır yaralanan 3 nəfər və avtobus şirkəti zərərçəkən kimi tanınıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz