sitename
0

“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU

Baxış: 96
  "Demokratik.Az" saytına qarşı qərəzli və sifarişli qətnamə çıxarılıb. Ağlasığmaz qətnamə barədə saytın rəhbəri, məhkəmədə birbaşa tərəf olan jurnalist Osman Nərimanoğlu Press-az.com-a məlumat verib. Qərarı Göygöl məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu qət edib.
Baş redaktor Press-az.com-a bildirib: "Aidiyyatı rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə rəhbəri olduğum "Demokratik.Az" saytına və şəxsən mənə qarşı 2 söz və bir cümləyə görə fantastik mənəvi təzminat - 2000 (iki min) manatlıq cərimə kəsilib. Amma, hesab edirəm və hər kəsi əmin edirəm ki, mənəvi təzminat adı altında qondarma qətnamədə əks olunan məbləğ də, absurd qətnamənin tərtibi də bu işdə məhkəmə prosesinin yuxarıların sifarişilə ərsəyə gəldiyini deyir.

Xatırlayırsınızsa, ötən ilin iyununda "Əhməd haradadır?- Göygöl melioratorları bu suala cavab tapdı” sərlövhəli yazı yayımlamışdıq. Yazıda tənqid olunan "Azərbaycan” qəzetinin Qərb bölgəsi üzrə sabiq müxbiri Əhməd İsayev də həmin yazıda təhqir olunduğu iddiası ilə Göygöl Məhkəməsində iddia qaldırmışdı. "Əhməd haradadır?” başlıqlı məqalədə barəsində yazılan məlumatların təkzibini və yazı ilə ona "vurulmuş” mənəvi ziyana görə, 20000 (iyirmi min) manat təzminat tələb etmişdir. Nəticədə, iş üzrə linqvistik ekspertiza təyin edilmiş, 21 yanvar 2019-cu il tarixli (987 saylı) Ekspert rəyi ilə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Əlili Xalidə Rayyət qızı möcüzəli qərar verərək yazının girişindəki "məsuliyyətsiz və oyunbaz” sözlərini və "idarədə ölü canlar listəsi də, çikli pulların yuyulması işləri də onun nəzarətindədir" cümləsindəki məlumatların təhqir hesab edilə biləcəyi qənaətinə gəlmişdir. Nəticədə, məhkəmənin hakimi Rafiq Məmmədov ekspertizanın rəyini əsas götürərək, sayta (mənə) 2000 manat mənəvi təzminat kəsmişdir.
Hüquq elminə, məhkəməyə az-çox bələd olan adamlar bilir ki, MPM-nin 103-cü maddəsinə əsasən, "Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir". Bundan başqa, məhkəmə işə məcmu halında tərəfsiz və ədalətli qiymət verməlidir. Təəssüf edirəm ki, məhkəmənin hakimi sifariş icra edərək heç bir əsası olmayan qətnamə ilə bizim ədalət məhkəməsinə inamımızı sarsıtmışdır.
Bildirirəm ki, ifadə olunan "məsuliyyətsiz və oyunbaz" sözləri də, "idarədə ölü canlar listəsi də, çikli pulların yuyulması işləri də onun nəzarətindədir" cümləsi də Əhməd İsayevin əməllərinə, səhih faktlara əsaslanmışdır. Nə sözlər, nə də məlumatlar təhqir xarakteri daşımır, mahiyyəti sadəcə tənqiddir. Bunu məhkəmə predmeti olmuş yazını oxuduqda da aydın şəkildə görmək mümkündür.
http://demokratik.az/…/15824-ehmed-haradadr-goygol-meliorat
Bəs, nə üçün hakim absurd səviyyəli və qərəzli qətnaməyə imza atıb? Sifarişi kim verib?
Dəyərli dostlar! Məhkəmədə iddiaçı olan İsayev Əhməd Məmməd oğlunu Gəncədə hamı yaxşı tanıyır. Bu şəxs uzun illər "Azərbaycan" qəzetinin qərb bölgəsi üzrə müxbiri olub. Bir neçə il əvvəl isə, Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və qəzetin baş redaktoru Bəxtiyar Sadıqov tərəfindən öz postundan qoparılıb. Özəl səbəblər barədə uzun-uzadı yazmıram. Bir onu deyim ki, bu Ə.İsayev Nizami Gəncəvinin həyatında saxtalaşdırmaya cəhd edərək 2002-ci ildə dahi şairin Qaxın Qum kəndində doğulduğunu iddia edən savadsız yazı ilə çıxış edib. Nəticədə bütün Gəncəlilər qarşısında özünə inam və etibarını itirib. Bu etdiyinə görə isə, gəncəlilərdən hələ də üzür istəməyib. Bundan başqa, Əhməd İsayev uzun illərdir Göygöl rayon Suvarma Sistemləri İdarəsinə lövbər salıb. İdarənin müdiri İlqar Məhərrəmovla birləşərək rayonun aqrar kənd təsərrüfatının inkişafı üçün lazımi melioprativ tədbirləri xeyli əngəlləyib. İdarə baş alıb qaçan özbaşınalıqlar barədə də uzunçuluq etmirəm. Sadəcə bildirirəm ki, biabırçı qətnamə ilə nəticələnən işin sifarişçisi Meliorasiya və Su Təsərrüfatı" ASC-nin qocalmış xanədanı Əhməd Əhmədzadədir. Məqsədi məsuliyyətsiz və oyunbaz adaşı İsayevin və SSİ-dəki özbaşınalıqların gizlədilməsidir. Amma belə şeyləri qətnamələrdə gizlətmək, ifşasına çalışanı cəzalandırmağa meyl etmək isə dövlət rəhbərliyinin meliorasiya sahəsinə olan etimadına xəyanətdir.
Əlavə detallara varmadan bildirirəm ki, yaxın günlərdə qaragüruhçu qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Ümid edirik ki, yuxarı məhkəmə instansiyası da qətnamədə bilərəkdən buraxılan prosessual pozuntularının, məsuliyyətsizlik və oyunbazlığın əsl fərqinə vara biləcək...".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz