sitename
0

"İşğal altındakı Qarabağda terrorçu qruplar hazırlanır” — Əli Hüseynli

Baxış: 95

"İşğal altındakı Qarabağda terrorçu qruplar hazırlanır” — Əli Hüseynli

Həll olunmamış münaqişələr dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir.

Press-az.com xəbər verir ki, bunu Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirdiyi konfransda Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədrinin sözlərinə görə,  suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. O əlavə edib ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.

Ə. Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir: “Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir”.

O, bildirib ki, Azərbaycan parlamenti də  terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir:
 “Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz