sitename
0

Bu toyuq ətini ƏSLA ALMAYIN - Çünki...

Baxış: 726

Bu toyuq ətini ƏSLA ALMAYIN - Çünki...

Açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir.

Bu gün bəzi market və bazarlarda üzərində hansısa istehsalçıya aid olduğu göstərilməyən toyuq əti satılır. Hissələr şəklində, kiloqramla satılan bu toyuqların haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və kəsildiyi barədə nəinki alıcıların, hətta satıcıların da məlumatı olmur. 

Mənşəyi bəlli olmayan toyuq ətinin satışı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mütəmadi olaraq monitorinqlər aparılsa da, həmin məhsullara rast gəlmək mümkündür. 

Maraqlıdır, vətəndaşlar toyuq ətini alarkən nələrə diqqət etməlidir?

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Redaktor.az-a açıqlamasında bildirir ki, istehlakçılar toyuğun xarici görünüşünə mütləq diqqət etməlidir:

“Sağlam cəmdəyin yuvarlaq döş qəfəsi olur, sümük tili ayrılmır. Təzə toyuq əti öz formasını saxlamalıdır. Bunu yoxlamaq üçün alıcılar barmaqları ilə toyuq ətini zəif sıxa bilərlər. Yumşaq bir sahəyə basarkən, təzə ət şəklini tez bərpa edir. Köhnə ət olanda boşluqvari çala qalır. İstehlakçılara həmin toyuq ətini almaq tövsiyə olunmur. Həmçinin, sağlam toyuq dərisi quru və təmiz olmalıdır. Onun yapışqan və sürüşkən olması köhnə olduğu anlamına gəlir.

Toyuq əti seçərkən qablaşdırmada heç bir zədə olmamalıdır. Qabın daxilində çəhrayı buz kristalları olmamalıdır. Əgər varsa, deməli toyuq dondurulub və yenidən donu açılıb. Ümumiyyətlə, açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir. Məhsulun üzərində mütləq istehsal tarixi və saxlama müddəti qeyd olunmalıdır”.

Qurum rəsmisi onu da qeyd edib ki, vətəndaşlar toyuq kəsimi sexlərinin qanunsuz fəaliyyəti ilə bağlı məlumatlı olduqda, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib, məlumat verə bilərlər.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz