sitename
0

(ADR) Hərəkatı Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirib (FOTO,VİDEO)

Baxış: 223
Press-az.com-un verdiyi məlumata görə, bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı “Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair" İctimai Dinləmə keçirtdi. 
Dinləmədə ölkənin nüfuzlu ictimai siyasi xadimləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak edirdi. 
Toplantı politoloq Xəqani Cəfərlinin maraqlı və dolğun məruzəsi, tədbir iştirakçılarının yüksək səviyyəli çıxışları ilə yadda qaldı. Əksəriyyət çıxışlarda Azərbaycanın avro-atlantik məkana inteqrasiyasının vacibliyi qeyd edildi.

 Toplantıda beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzə ilə çıxış edib. İctimai Dinləmədə çıxış edənlərin əksəriyyəti Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduqlarını, müqavilədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasının təsbit olunmasını və bu sazişdən əvvəl Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsini vacibliyini qeyd ediblər. Eyni zamanda İctimai Dinləmə iştirakçıları hakimiyyətdən Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl sənəd layihəsinin dərc edilməsini və ictimai müzakirəyə təqdim olunmasını tələb ediblər.
 Dinləmədə AXCP, Milli Şura, ReAl, Ümid, VİP, AzDP, AXP partiyalarının sədrləri, ictimai siyasi təşkilatların rəhbərləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak edib. KXCP və Müsavat partiyası İctimai Dinləməyə dəvət alsalar da iştirak etməyib. VHP-nin sədri xarici səfərdə olmasına görə tədbirə qatılmayıb.












  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz