sitename
0

Vintage MMC adli işədüzəltmə şirkətinin-Fırıldağı

Baxış: 138
Vintage MMC adli işədüzəltmə şirkətinin-Fırıldağı

Press-az.com saytının elektron ünvanına gələn şikayəti olduğu kimi oxuyucularımızın nəzərinə çatdırırıq.
"Vintage MMC" adlı işədüzəltmə şirkətinə aldanmayın! Kamran adlı şəxsin rəhbərlik etdiyi, "Amay" ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən "Vintage MMC" işədüzəltmə şirkəti işədüzəltmə adı ilə insanları aldadaraq onlardan 20Azn məbləğində ödəniş tələb edir.
Pulu aldıqdan sonra vakansiyası olmayan 3 şirkət adresi verərək insanları həmin şirkətlərə yollayır. Həmin şirkətlər isə adamları geri qaytarır. Pullarını geri almaq üçün "Vintage MMC"-yə qayıdan insanlara şirkət pulları geri qaytarmır. Müqavilədən 3-ay keçdikdən sonra ödənişin geri qaytarılacağı yazıldığını əsas gətirirlər. 3-aydan sonra pulu geri almaq üçün gələn adamlara isə pulu qaytarmaq üçün qəbz tələb edirlər.Sözsüz ki, 3-ay ərzində həmin qəbz itbat olur. Heç kimə qabağçadan bildirmirlər ki, qəbzi saxlamaq lazımdır. Beləliklə də insanları aldadaraq pullarını mənimsəyirlər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz