sitename
0

Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi - VİDEO

Baxış: 365

Bakının mərkəzində Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi bina yerləşən “Salaam Cinema Baku”-nun əməkdaşları və sahibkar arasında dava düşüb. 

Press-az.com BAKU.WS-ə istinadən xəbər verir ki, insident Hollandiyalı rejissor Robert Romboutun ustad dərsləri verdiyi zaman baş verib. 

Heç bir sənəd təqdim etməyən şəxslər icazəsiz şəkildə binaya daxil olub və gənclərə şiddət göstərib, onlardan binanı tərk etməyi tələb edib. 

Qafqazinfo bildirir ki, “Salaam Cinema Baku” kinoteatrını əməkdaşları bildiriblər ki, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 

Hazırda Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Kestutis Jankauskas binada baş verən hadisə ilə bağlı gənclərin yanındadır.

Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub.

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz