sitename
0

Gəncədə yağışın törətdiyi fəsadların aradan qaldırılması işləri davam etdirilir (VİDEO)

Baxış: 57

Gəncədə yağan yağışlar nəticəsində su ilə dolan ərazilərdə, o cümlədən evlərin zirzəmilərində, həyətyanı sahələrdə və küçələrdə suyun çəkilməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Press-az.com-a bildiriblər ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfər, 6 motopompa və 6 texnika cəlb olunub.

  

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz