sitename
0

SON DƏQİQƏ: ard-arda iki güclü zəlzələ baş verdi

Baxış: 2 049

İranda şiddətli yeraltı təkanlar qeydə alınıb.

Press-az.com xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:04-də Yerin 16 kilometr dərinliyində qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Digər güclü zəlzələ isə Yunanıstanda baş verib.

Florina şəhəri yaxınlığında 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Yunanıstan Seysmologiya Mərkəzindən verilən informasiyaya görə, təbiət hadisəsi yerli vaxtla saat 07:26-da meydana gəlib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz