sitename
0

Qar 60-dan çox kəndin yolunu bağladı

Baxış: 208

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.

Bunu İSNA-ya açıqlamasında İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi deyib.

C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.

Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”.(Trend)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz