sitename
0

İŞİD terror təşkilatını BU QADIN idarə edir - ŞOK DETALLAR

Baxış: 2 909

5 illik aradan sonra üzə çıxan İŞİD lideri Əbubəkr əl-Bağdadinin videomüraciəti ilə bağlı yeni detallar üzə çıxıb.

Redaktor.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, videomüraciətin ilk olaraq, İraq yəhudisi Rita Katzın sosial media hesabında yayımlanması diqqət çəkib. Ardınca isə video sürətlə digər saytlarda xəbər başlığına çevrilib. İddialara görə, Ritanın İsrailin xüsusi xidmət orqanı “Mossad”la əlaqəsi var. O, terror təşkilatının mesajlarını yayımlamaqla ABŞ və digər qərb ölkələrinin Yaxın Şərqlə bağlı siyasətini idarə edir. Məlumata görə,buna qədər İŞİD-lə bağlı bir sıra xəbərlər məhz Rita Katz vasitəsiylə yayımlanıbmış.

Hətta o, 2017-ci ildə  İstanbuldakı “Reina” gecə klubuna təşkil olunmuş hücumla bağlı ilk məlumat yayan şəxs idi. Rita ABŞ və İsrail üçün çox ciddi fiqur hesab olunur. İddialara görə,o, 2004-cü ildə Əl-Qaidə terror təşkilatının o vaxtkı lideri Üsamə Bin Laden barədə saxta video yaymaqla ABŞ-ın keçmiş prezidenti Corc Buşun nüfuzunun artmasında və seçkilərdə qələbə qazanmasında önəmli rol oynayıb.

Qəzet yazır ki, onun “Mossad”la əlaqəsi İŞİD terror təşkilatının İsrail və ABŞ tərəfindən idarə olunduğuna dair iddiaları təsdiqləyir.

SİTAT: Maraqlıdır ki, videomüraciətdə  Bağdadinin üzərində “Türkiyə vilayəti” yazılmış sənədləri nəzərdən keçirdiyi əks olunmuşdu. Əslində Təl-Əviv bununla Ankaraya mesaj vermək istəyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz