sitename
0

2 deputatın diplomu saxta çıxdı

Baxış: 252

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahib olduğu aşkar edilib.

Press-az.com trend-ə istinadən bildirir ki, Pıt-Yaxa şəhər dumasının deputatları Marsel Timqanov və Dmitri Avdeyenko yerli müəssisələrdən birinə vəzifəyə təyin olunarkən saxta diplom təqdim ediblər.

Prokurorluğun apardığı araşdırmalar nəticəsində onlar tutduğu vəzifələrdən azad olunub.

Qeyd olunur ki, yanvar ayında Pıt-Yaxa şəhər dumasının daha bir deputatında saxta diplom aşkar olunmuşdu.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz