Главная > Dünya / Hadisə > Toy günü BİABIRÇILIQ! Görün nə baş verdi? - FOTOLAR

Toy günü BİABIRÇILIQ! Görün nə baş verdi? - FOTOLAR


15-04-2019, 12:53.

Bursanın İnegöl rayonunda bir toyda gəlin və kürəkən yaxınları arasında başlayan mübahisənin ardından çıxan bıçaqlı davada 1-i ağır, 2 nəfər yaralanıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, hadisə saat 23.00 sıralarında Bursanın İnegöl rayonuna bağlı Hamidiye Məhəlləsindəki bir toy salonunda baş verib.


Gəlin və kürəkən yaxını gənclər arasında hələ müəyyən olunmayan bir səbəblə mübahisə çıxıb.


Toy salonunun xaricinə çıxan mübahisədə iki gənc qrup arasındakı gərginlik davaya çevrilib.

Çıxan davada Furqan U. (24) üzərindəki bıçaqla Barış Çodur (28) və əmisinin oğlu Kürşad Çoduru (22) yaralayıb.

Qanlar içində qalan yaralılar hadisə yerinə sövq edilən 112 Təcili Servis briqadalarının ilk müdaxiləsinin ardından İnegöl Dövlət Xəstəxanası Təcili Xidmətinə aparılaraq müalicə altına alınıb.


Yaralılardan Kürşad Ç.nin səhiyyə vəziyyətinin ciddiliyini qoruduğu öyrənilib.

İstintaq çərçivəsində polis dəstələri bir şübhəlini tutaraq nəzarətə alıb.



 
Вернуться назад