sitename
0

İdmançımızdan ermənilərə ikiqat zərbə

Baxış: 60
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə və gənclər arasında kontakt karate və Goju-Ryu üzrə növbəti dünya birinciliyi keçirilib.
Press-az.com xəbər verir ki, mayın 13-dək davam dünya birinciliyində ölkəmiz baş məşqçi Ənvər Mehmedovun rəhbərliyi altında 55 idmançı ilə təmsil olunub. Azərbaycanlı idmançılar medal sayına görə yarışı 3-cü başa vurublar.
Yarış zamanı xoşagəlməz insident yaşanıb.
Turnirin açılış mərasimi zamanı Azərbaycan və Ermənistan idmançıları arasında qalmaqal baş verib.  Azərbaycanlı idmançılarla ermənilər arasında dava düşüb. Səbəb ermənilərin "Qarabağ bizim"dir şüarını səsləndirməsi olub. İdmançımız Rauf Babayev erməni bayrağını yerə ataraq onlara cavab verib.
Yeri gəlmişkən, 85 kq çəki dərəcəsində yarışan Rauf Babayev ermənilərə növbəti zərbəni yarımfinal mərhələsində vurub. Ermənistanı təmsil edən rəqibinə 18 saniyəyə qalib gələn Rauf finala yüksəlib. Babayev yalnız finalda uduzub. 17 yaşlı idmançı özündən 7 yaş böyük gürcü "lipa" ilə mübarizədə xal hesabında irəlidə olsa da, zədə ona sona qədər çıxış etməyə imkan verməyib.
İkinci yeri tutan Rauf mükafatlandırma zamanı təxribatla üzləşib. Fəxri kürsüyə qalxan zaman idmançının soyadı Babayan kimi təqdim edilib. Rauf etiraz əlaməti olaraq, kürsüyə qalxmaqdan imtina edib.
Sonradan təşkilartçılar "yanlışlığı" düzəldərək Raufun soyadını düz səsləndiriblər. Onlar Azərbaycan tərəfindən üzr istəyiblər.
Qeyd edək ki, Rauf Babayev "Sabah" klubunun məşqçisi Rövşən Babayevin oğludur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz