sitename
0

Neft ucuzlaşaraq Azərbaycan üçün kritik səviyyəyə yaxınlaşıb

Baxış: 290

Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşməkdə davam edir.

“Marja” xəbər verir ki, Brent nefti daha 5,6% ucuzlaşma ilə 61.69 dollara, ABŞ xam nefti isə 5,7% də ucuzlaşaraq 53.37 dollara düşüb.

Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb.

Brent nefti son 1 həftədə 10.19%, son 1 ayda isə 12.81% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Trampın Meksikaya 5% gömrük vergisi tətbiq olunacağını açıqlaması və Çin tərəfindən ABŞ-a cavab veriləcəyinin siqnalının verilməsi qlobal ticarət müharibəsi narahatlıqlarını daha da artırıb. Qlobal birjalar düşməkdədir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz