sitename
0

Mübarək Ramazan ayının ayı görünmədi

Baxış: 144

Ali Rəhbərlik İdarəsi yayımladığı bir elanda bildirir ki, Mübarək Ramazan ayının görünməsi ilə bağlı heç bir qəti məlumat əldə edilmədi. Buna görə də 06 may tarixi Şaban ayının sonuncu günüdür.

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Mömin və şərafətli İran xalqının nəzərinə çatdırırıq ki, Mübarək Ramazan ayının birinci gününün təyin edilməsinin əhəmiyyətini nəzərə alaraq ölkənin dörd bir yanında bir çox qruplar ayın müşahidəsinə çıxdılar və ayın görünməsi ilə bağlı heç bir qəti məlumat əldə edilmədi. Şəriət qaydalarına əsasən, Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei üçün ayın bazar ertəsi gecəsində görünməsi sübuta yetmədi. Buna görə də sabah (bazar ertəsi), yəni 06 may 2019-cu il tarixi Şaban ayının sonuncu günüdür.

Ali Məqamlı Rəhbərlik İdarəsi

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz