sitename
0

Aysun özünü 42-ci mərtəbədən atdı - Vida məktubu tapıldı

Baxış: 1 682
Konyada 21 yaşlı azərbaycanlı tələbə Aysun Y. bir plazanın 42-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Press-az.com Milli.az-a istinadən xəbər verir ki, Aysunun intihardan öncə ailəsi üçün yazdığı vida məktubu tapılıb.

Aysun ailəsini çox sevdiyini bildirdiyi məktubunda, boynundaki kolyesinin çıxarılmamasını, onunla dəfn edilməsini vəsiyət etdiyi ortaya çıxıb. Aysun Y.-nin, məktubda "Ölümümə görə heç kim günahkar deyil. Bəzi yüklərlə yaşamaq çətindir" yazdığı məlum olub.

Qeyd edək ki, intihar olayı dünən günorta saat 12 radələrində bir göydələnin ən üst mərtəbəsində baş verib. Plazanın son mərtəbəsində yerləşən restorana müştəri kimi gələn 21 yaşlı azərbaycanlı tələbə, bir müddət sonra eyvana çıxaraq özünü atmağa cəhd edib. Gənc qız ona mane olmağa çalışan restoran əməkdaşlarına üzərində gəzdirdiyi bıçaqla yaxınlaşmamaları üçün xəbərdarlıq edib. Bıçaqla özünə xəsarət yetirən Aysun özünü 42-ci mərtəbədən atıb.

Aysunun intihardan öncə yazdığı vida məktubunu təqdim edirik:

"Ölümümdən heç kim məsuliyyət daşımır. Mən dözə bilmədim, bacarmadım. Bəzi yüklərlə yaşamaq çox çətindir. Ana, ata, bacım ölümümə üzülüb ağlamayın. Canım atam, anam, sizi çox sevirəm. Canım anam mənim üçün ağlama. Gözlərindən bir damla da yaş süzülməsin. Səni çox sevirəm. Ana, qızına haqqını halal et. Bacım, birdənəm mənim. Bağışla məni canım bacım. Çox üzr istəyirəm hər şey üçün. Yaşamağı bacarmadığım üçün sizlərə vida edirəm. Boynumdakı kolyenin mənimlə bərabər dəfn edilməsi vəsiyyətimdir. Boynumdan qəti çıxarmayın. Sizləri hər zaman çox sevdim. Öncə bir-birinizə, sonra Allaha əmanət olun".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz