sitename
0

Taleh Boradigahi Azərbaycanda ilkə imza atıb (VİDEO)

Baxış: 360

Tanınmış Əhli - Beyt məddahı Taleh Boradigahi Azərbaycanda bir ilkə imza atıb. Belə ki, dini mövzuda animasiya klip çəkdirərək Ramazan bayramında uşaqlara hədiyyə edib.

SalamNews xəbər verir ki, bu barədə "Simsar.az"-a məddah özü məlumat verib.

"Umid edirik ki, şirin, şəkər balalarımız bu klipə baxıb sevinər.  Mahnının sözlərində deyildiyi kimi yeməyə bismillahla başlayıb, əlhəmdülillahla bitirərlər" .

Qeyd edək ki, ekran işi uşaq psixoloqlarının məsləhəti ilə çəkilib. T.Boradigahinin sözlərinə görə bu mahnı uşaqların psixologiyasına müsbət təsir göstərəcək. Musiqisi Samir Şirinova, sözləri İkram Əliyevə məxsus olan mahnını Emin Əliyev ekranlaşdırıb.

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz