sitename
0

“Erməniyə salam verən bizdən deyildir” – Fərid Əzizov

Baxış: 474

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov müsahibə verib.

Press-az.com həmin müsahibəni təqdim edir:

– Avropada, xüsusi ilə də Avstriyada diasporumuzun hazırkı durumu hansı səviyyədədir?

– Digər diasporalara nəzər salsaq, Azərbaycan diasporaları dünyada öz sözünü deməyə indi-indi başlayır. Çünki bizim diaspora cəmiyyətləri son dönəmlərdə inkişaf etməyə başlayıb və fəallıq hiss olunur. Mənim də rəhbərlik etdiyim Avstriya Azərbaycanlıları Cəmiyyəti son dönəmlər fəallığı ilə digər diaspordan seçilir. Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq məqsədimiz Azərbaycan mədəniyyətini milli mənəvi dəyərlərini Avstriyada layiqincə tanıtmaqdır. Avstriyada keçirtdiyimiz tədbirlərdən və öz müşahidələrimdən görürəm ki, azərbaycanlıların milli mənəvi dəyərləri dünya xalqlarına örnək olacaq səviyyədədir. Bizim insanlara olan münasibətimiz dinlər arası tolerantlığımız digər xalqlara baxanda daha da mükəmməl şəkildədir. Azərbaycan Respublikası multikultural dəyərlərə görə, Avropa xalqlarına örnək olmalıdır. Sadəcə biz öz soykökümüzü unutmadan bu günümüzü, dünənimizi digər xalqlara çatdırmalıyıq.

– Bəs, problemlər və perespektivlər nədən ibarətdir?

– O ki qaldı problemlərə, bu barədə çox danışmaq olar. Ən birinci problemlərimizdən biri əlimizdə olan vəsaitlərin kifayət qədər olmamasıdır. Məsələn, biz Avstriyada yaşayıb burada diaspora fəaliyyəti göstərdiyimizə görə, avstriyalı bir insanla söhbət edirik, ona öz mədəniyyətimizi anladırıq. O da çox təsirlənir və danışdıqlarımız haqqında bir kitab, braşur istədikdə bəzən çıxılmaz vəziyyətdə qalırıq. Çünki baza çox azdır. Alman dilində demək olar ki, vəsait yox dərəcəsindədir. Bu isə bizim işimizi xeyli çətinləşdirir. Düşünürəm ki dövlət, aidiyyatı qurumlar tərəfindən bu işə diqqət yetirlməlidir. Əgər maddi bazamız çox olsa, biz diaspora təşkilatı olaraq çox böyük işlər görə bilərik.

– Diaspor liderisiniz. Ümumiyyətlə, ictimai işlə məşğul olmaq insandan nə tələb edir?

– Mənim üçün diaspora lideri olmaq çox böyük bir məsuliyyətdir. Çünki daima sənin etdiyin iş sənin adına deyil, təmsil etdiyin mədəniyyətin adına çıxarılır. Bunun üçün də daima nəzər nöqtəsindəsən. Azərbaycan diasporasının sədri olmaq, Azərbaycan adına iş görmək üçün gərək ilk öncə Azərbaycanı canından, qanından çox sevəsən. Azərbaycan adını ucaltmaq üçün daima çalışasan. Hansı ölkədə yaşamağından aslı olmayaraq, Azərbaycan üçün yaşamalısan.

– Avstrayada Azərbaycan diasporuna rəhbər seçiləndə məqsədiniz nə idi?

– Mən hələ uşaq yaşlarımdan valideyinlərimdən vətəni sevməyi öyrənmişəm. Atam mənə vətən sevgisini əməlləri, nəsihətləri ilə öyrədib. Atam mənə daima bir sözü deyirdi: “Fərid, sən əsla düşünmə ki, vətən sənə nə verəcək, sən düşün ki, sən vətənə nə verəcəksən”. Böyüdükcə bu sözü daha dərindən anladım və  azərbaycanlı olmağımla fəxr etdim. Peşəkar idmançıyam. Qatıldığım beynəlxalq yarışlarda Azərbaycan bayrağını ilk pillədə dalğalandırmaq, ölkəmizin şanlı himnini səsləndirmək eşqi ilə vuruşurdum və Allaha sonsuz şükürlər olsun ki, bunu da layiqincə bacarırdım. Azərbaycanda yaşadığım ərəfələrdə 3 dəfə dünya, 3 dəfə Avropa çempionatında Azərbaycan bayrağını ilk pillədə dalğalandırmışam və yarışların birincisi olmuşam. Sözsüz ki, bu da məni qürurlandırırdı.

– Peşəkar idmançı olmağınız sizə hansı üstünlükləri qazandırıb?

– Avstriya Respublikasındada idman karyeramı davam etdirdim və burada da 2018 ci ildə dünya birincisi oldum. Qalib gəldikdən sonra müxtəlif telekanallara dəvət aldım, daima çıxışlarımda azərbaycanlı olmağımı səsləndirirdim. Getdiyim bütün dövlət tədbirlərinə Azərbaycan bayrağı ilə qatılırdım. Avstriyada yaşayan insanların istəyi ilə mən Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətinə rəhbər təyin edildim. İlk gündən məqsədim bir olub, o da Azərbaycan adını daima zirvələrdə qaldırmaq. Düşünürəm ki, qismən bu işin öhdəsindən gəlmişəm.

– Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixinin dünyaya çatdırılması və avtryalıların bu həqiqətləri bilməsi yönümündə görülən işlər hansı səviyyədədir?

– Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq daima Azərbaycan xalqının qarşılaşdığı problemləri ilk məsələ bilirik. Ermnilərin tarix boyü törətdikləri cinayətləri Avstriyada yaşayan insanlara anlatmağı özümüzə borc bilirik.Son 100 ildə ermənilərin Azərbaycanda törətdiyi vəhşiliklərdən bəhs edən braşurlar çap edərək mütamadi şəkildə insanlara paylayırıq. Diaspor təşkilatı olaraq daima seminarlar keçirdirik və Azərbaycan həqiqətlərini bacardığımız hədər hayqırmağa çalışırıq. Gördüyümüz işin qiymətləndirilməsi üçün hələ tezdir, çünki qarşıda çox böyük layihələrimiz var. Bu layihələr reallaşdığından sonra öz işimizə qiymət verə bilərik.

– Qarabağ, torpaqlarımızın işğalı hər bir azərbaycanlının dərdi və problemidir. Bu yöndə hansı işlər görülür?

– Cəmiyyət olaraq bir sözümüz var: “Erməniyə salam verən insan bizdən deyildir”. Avstriya Azərbaycanlıları Cəmiyyəti burada demək olar ki, ermənilərin səsini tamamilə kəsib. Onların keçirtdiyi tədbirləri daima sivil şəkildə dağıdırıq, onların bu ölkədə edəcəyləri təxribatların qarşısını daima vaxdında alırıq. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna dair daima meydanlarda tədbirlərimiz keçrilir. Azərbaycan Qarabağa qovuşmayana, Xocalıda törədilən cinayətlərin cinayətkarları cəzalandırılmayana qədər də bu tədbirlərimizin keçirdiləcəyini daima səsləndiririk.

– Həm ictimai siyasi fəal, həm də peşəkar idmançı iki sahəni eyni səviyyədə inkişaf etdirmək nə qədər məsuliyyət və gün tələb edir?

– Düşünürəm ki, hər iki sahənin də hələ ki, öhdəsindən sevə-sevə gəlirəm. Zamanımı tam bərabər bölmüşəm. İdmanda olan qələbələrimin diaspora fəaliyyətimədə müsbət təsir etdiyini düşünürəm. Elə bu səbəbdəndir ki, iyul ayında yaşadığım şəhərdə bir idman məktəbi açılır və orsda baş məşqçi olacam. Məktəbin adı da “Xocalı” olacaq. Məncə, bu, böyük bir uğurdur.

– Bir azərbaycanlı kimi beynəlxalq turnirlərdə Avstriya bayrağını da qaldırırsınız. İctimaiyyətin buna münasibəti necədir?

– Azərbaycanlı olaraq Avstriyanın idman tarixində ilkə imza atmşam. Çünki mənim məşq etdiyim Kemporyu karate növündən Avstriyaya ilk qızıl medalı gətirmişəm. 2018-ci ildə Ukraynanın Xarkov şəhərində keçirilən Kempo-ryu və Kobudo növləri üzrə Dünya çempionatına lisenziya əldə etdiyim gün çox sevindim. Lisenziya əldə etdiyim gündən əzmlə məşq edirdim və çox böyük bir məsuliyyətin üzərimdə olduğunu bilirdim. Əzmlə mübarizə aparıb sonda qızıl medal qazandım. Qızıl medalı gətirəndə hər bir azərbaycanlı və avstriyalı sevinirdi. Çünki bu, bir ilk idi. Bu il də tarixi təkrarladım. Yenidən Karate üzrə dünya çempionatına qatıldım və bu dəfə də 2 qızıl medalla qayıtdım.

– Ümumiyyətlə, dünyada Azərbaycan diasporunun səviyyəsi qənaətbəxşdirmi? Avropadan baxış çərçivəsində diaporumuzda nə çatışmır, hansı yeniliklərə ehtiyac var?

– Mən Fərid Əzizov olaraq öz müstəqil fikrimi deyəcəm. Fikrimcə, biz bu gördüyümüz işlərdən də daha çox iş görməyə qadir bir xalqıq. Azərbaycan diasporunun səviyyəsi qənaətbəxşdir. Amma biz daha da çox çalışmalıyıq. Bizim diasporalarımızda çatışmayan ilk öncə bazadır. Hər dövlətdə o dövlətin ana dilində baza yığmalıyıq. Bir ölkədə bir Azərbaycan mədəniyyət evinin olması zənimcə kifayət deyil. Azərbaycan evləri açılmalıdır və bu evlərdə azərbaycanlı övladlarımız ana dilimizi, mədəniyyətimizi, tariximizi soykökümüzü öyrənməlidir. Ki, bir neçə ildən sonra uşaqlarımız böyüyüb, bir ali məqam sahibi olandabu ölkədə yaşayan həmkarlarına Azərbaycanımızı daha da mükəmməl şəkildə çatdırsın.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz