sitename
0

"Gəncə işi"ilə bagli hesabatın təqdimatı keçiriləcək

Baxış: 103
Repressiya və İşgəncələr Əleyhinə komitə novbəti toplantısını keçirdi. Bu barədə Hüquq müdafiəcisi Oktay Gülalıyev özünün Facebook səhifəsində məlumat paylaşıb. Həmin məlumatı olduğu kimi dərc edirik.
"Gəncə işi" ilə bağlı hesabatın təqdimatı keçiriləcək...
Repressiya və İşgəncələr Əleyhinə Komitənin növbəti toplantısını keçirdik. Toplantıda Komitə üzvlərinin təşkilatçılığı və iştirakı ilə ötən müddət ərzində görülən işlər, eləcə də yaxın dövrdə görəcəyimiz işləri müzakirə etdik. Siyasi məhbuslarla bağlı keçirilən məhkəmə prosesləri, onların sağlıq durumu, qanunsuz həbslər, işgəncə halları və s. müzakirə olundu.
Qərara aldıq ki qanunsuz cərimlənmiş şəxslərin cəriməsinin ödənməsi ilə bağlı ilkin ödənişlər ödənilsin. Bu istiqamətdə fərdi ianələrin qəbulu davam etdirilməklə yanaşı növbəti Həmrəylik Marafonu iyul ayının 2- ci yarısında keçirilsin.
Eyni zamanda qərar aldıq ki, "Gəncə işi" ilə bağlı hazırladığımız hesabat Gəncə hadisələrinin ildönümü ərəfəsində- 10 iyul saat 12.00- da Musavat partiyasının qərargahında ictimaiyyətə təqdim edilsin.
Komitənin toplantısında daha bir qərar qəbul etdik. Son illərin ən kütləvi həbs və ağır işgəncələri ilə müşayət olunan Gəncə hadisələrinə görə Azərbaycanda "10 iyul- İşgəncələr günü" elan olundu.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz