sitename
0

“Lerikin iki deputatı var” – Ekologiyanı məhvə aparan toyuq ferması kimindir?

Baxış: 238

Press-az.com  saytına daxil olan məlumata görə, Lerik rayonunun deputatı İqbal Məmmədov (Balakən və Şamaxı rayonlarının sabiq İcra Hakimi, hətta Şamaxının girəcəyində eşşək heykəli qoyaraq xalq tərəfindən gecə ilə qovulan Asif Məmmədovun qardaşı) özündən əvvəl Lerik rayonun deputatı olan "Mətanət-A” şirkətlər qrupunun müşahidə şurasının sədri və Lerikin yeni deputatı olması üçün indidən Ziya Səmədzadənin himayəsi altında olmaqla beş milyon manat verən Elxan Bəşirovun yaxın qohumu Miri Qənbərovun Lerik rayonunun girəcəyində yerləşən (deputatlığa namizəd olarkən təhsil aldığı kəndə plasmas şlanqla su çəkdirən deputat olan kimi su şlanqını yığdırıb əmisi nəvəsinə verməklə mətbuat səhifələrini bəzəyən) Piran kəndində villasının önündə kasıb camaatın polis gücü ilə torpaqlarını alıb toyuq ferması, kərpic zavod və şebel zavod tikdirmişdir.

Buna görə Piran və ətraf kəndlərin sakinləri gecələr belə toyuq peyininin iyindən evlərində yata bilmirlər. Buna qarşı çıxan kənd camaatın döyülməsi, şərlənərək həbs edilməsi, bəzilərini isə öldürərək cinayət işinin üstünü örtdükləri belə oldu. Ölənlər arasında Elxan Bəşirovun uzaq qohumlarından da olanlar var. Zavodda qaz partlayışı edərək faciəvi şəkildə iyul 2017-ci il də ölən Məmmədov Valeh Oruc oğlu digər iki nəfər bu barədə heç vaxt danışmayacaqları və başqalarına göz dağı olmaları üçün yaralı buraxıldılar. Bu hadisənin ildönümü yaxınlaşan zaman iyun 2018-ci il tarixində Elxan Bəşirovun digər qohumu Əliyev Mirzahid Əbüzər oğlu etiraz olaraq zavoda gedib İqbal Məmmədovun əməllərini pislədikdə deputatın qoçuları onu öncə döyüb, sonra şərləyərək tutdurmaq istəyəndə Mirzahid qurtuluş yolunu intiharda gördu. Bəlkə də öldürdüb intihar kimi göstərdilər. Hər iki hadisə barəsində mətbuatda məlumat getsə də nədənsə bu hadisələri dərindən araşdırmadılar.

Ekologiyanı məhvə aparan toyuq fermasında kəsilmiş bütün toyuqların tullantıları Lənkəran çayına axıdılır, çayın daşları şebel istehsalı üçün çayın içi normadan dəfələrlə artıq qazılaraq su səviyəsinin enməsi nəticəsində flora, fauna məhv olmuş ağaclar qurumuş, sel gələn zaman çay məcrasını dəyişərək yazıq kasıb əhalinin bağları və evləri su altında qalmışdır. Peyin iyinə gəlmiş qara milçəklər əhalinin evlərinə dolmaqla bərabər bir sıra xəstəliklərə də səbəb olurlar. Bundan başqa Lerikin 2 ərazisində böyük "Relax” istirahət mərkəzi tiktirən deputat bu mərkəzlərdə əxlaqsız qızlar saxlamaqla bura çoxlu turist yığır. Dinə bağlı olan bir bölgə kimi bu leriklilərin heç xoşuna gəlməsə də buna susmağa məcburdular. Bütün bunlardan bezən çarəsiz əhali çıxış yolunu Əlikram Hümbətov haqda kitab yazdıran və çox işlərdə talış xalqının yanında olan "Mətanət-A” şirkətlər qrupunun prezidenti Elxan Bəşirova pənah aparmaları təbiidir. Elxan Bəşirovun Əlikram Hümbətov haqda kitab yazması mətbuatda öz əksini tapdı. Buna heç bir açıqlama verə bilməyən Elxan Bəşirov susqunluğu ilə bunu bir daha təsdiq etdi və deputat olacağını yayımladı. Bu kitabın içindəkiləri və Elxan Bəşirovla Əlikrəm Hümbətovun şəkillərini gələn yazılarımızda ictimaiyyətə təqdim edəcəyik. Elxan Bəşirov yanvar 2019-cu ildə Lerik rayonunda olan evlərində Miri Qənbərovun da iştirak etdiyi ağsaqqallarla görüş keçirdərək İqbal Məmmədovdan acı intiqam alacağına söz vermişdir. Belə ki, ilk növbədə "Relax” istirahət mərkəzlərinin hər ikisinin yanındakı əraziləri alaraq birində donuz ferması digərində isə dəvəquşu ferması tikdirməyə hazırlaşır. Sonrakı verdiyi söz isə Lerik yolunun açılışı ancaq deputat olandan sonra olacağı və bununla da hazırki deputat İqbal Məmmədovdan narazı olan Lerikliləri tamamilə narazı salmaqdır. İqbal Məmmədova məxsus Piran kəndində yerləşən kərpiç, şebel və toyuq fermasını isə sökdürərək əhaliyə məxsus torpaqları qaytaracağına söz verərək nitqini bitirmişdir. İndi Elxan Bəşirovu artıq deputat kimi görən Lerik əhalisinə qalır bircə gözləmək. Bunları tam hansısa obyektiv (pula satılan olmayan) mətbuat orqanı işıqlandırmaq istəsə Lerikin ilk kəndi olan Piran kəndinə getsə bütün suallarına tam cavab tapacaqdır. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz