sitename
0

Zaqatala Rayonu Diaqnostika Mərkəzində nə baş verir? - "Yığılan pullardan hərənin öz payı var, bir qismi də baş həkim Nəriman Əfəndiyevə çatır"

Baxış: 181
Bir neçə gündür Azərbaycan səhiyyəsində özbaşınalıq hadisələri tükənmək bilmir. Hadisələrin cərəyanı pik nöqtəsinə gəlib çatıb. Belə ki,
-un whatsapp nömrəsinə şikayət göndərən və anonimliyinin qorumasını istəyən şikayətçinin ürək dolusu yazdığı şikayətini Azerbaycanrealligi.com saytının və Azərbaycan Reallığı səhifənin yüz minlərlə oxucusuna olduğu kimi təqdim edirik.

"Sizdən Zaqatala sakinləri tərəfindən Zaqatala Rayonu Diaqnostika Mərkəzində olan özbaşınalıqları işıqlandırmağınızı xahiş edirik. Diaqnostikaya daxil olan andan həkim qəbuluna sıra nömrəsi almaq üçün talon pulla satılır. Uzi aparatında bir orqanın müayinəsi 15 manatdan başlayır. Əgər əlavə orqan müayinə etmək istəsəniz, bu məbləğ 20-25 manat arası dəyişir. Analizlərin dəhşətli qiymətlərindən danışmaqla bitməz. Labolatoriya həkimi Vüsalə Şabanova heç çəkinmədən prezidentin lent kəsərək rayon camaatının pulsuz istifadəsinə verdiyi mərkəzdə xəstələrdən pul köçürməyi tələb edir. Əgər mərkəz doğrudan da pulludursa, çek nə üçün verilmir? Vüsalə xanımın otağında bir daxıl var. Səhərdən nahara kimi həmin daxıl pulla dolub-daşır. Ürək həkimi Leyla Şabanova (Vüsalə xanımın bacısı) xəstələri ehtiyac oldu-olmadı bacısının yanına analizlərə göndərir. İki laboratoriya həkimi olduğu üçün xəstələri məhz bacısının yanına ötürür. Ən pisi də budur ki, bütün bunlar mərkəzin baş həkimi Nəriman Əfəndiyev tərəfindən şəxsən nəzarətdədir. Qazanılan bu pullardan hərənin öz payı var, təbii ki, böyük hissə Nəriman Əfəndiyevə çatır. Nəriman dok. Uzi həkimlərinə tapşırıq verib ki, mənə də xəstə göndərin(özü cərrahdır). Sonda demək istərdik ki, bütün Zaqatala əhalisi Diaqnostika mərkəzində qurulmuş bu pul tələsindən narazıdır. Bir gündə bir neçə yüz xəstə mərkəzə müraciət edir. Belə getsə, sakinlərin dolanışığının çətin vaxtında sosial partlayış olacaq. Bu vəziyyət təkcə uzi və laboratoriyada deyil. Ginekoloq Səadət xanım isə o qədər pul fikirləşir ki, çaşdığından cərrahi əməliyyata xəstəni analizsiz salır. Xəstə Telli Salehova Səadət xanımın və Nəriman doktorun uğursuz əməliyyatı nəticəsində bir neçə gün sonra cavan yaşında həyatını itirib (25gün əvvəl). Bir sözlə, mərkəzdə çete qurublar. Xahiş edirik bunları paylaşasınız, əvvəlcədən təşəkkürlər..."

 

Sonda qeyd edək ki, sözügedən xoşagəlməz halla bağlı Zaqatala Rayonu Diaqnostika Mərkəzinə məxsus olan (+9942422) 40056 nömrəsi ilə əlaqə saxlayıb baş həkim Nəriman Əfəndiyevlə danışmaq istədiymizi bildirdik. Xanım qız isə onun katibəsinin (+9942422) 40055 nömrəsi ilə əlaqə saxlamağımızı xahiş etdi. Təəssüflər olsun ki, iş vaxtı olsa da, bu nömrə ilə dəfələrlə əlaqə yaratmağımıza baxmayaaraq cavab verən olmadı. Amma buna baxmayaraq qarşı tərəfin də ittiham cavabını dərc etməyə hazırıq
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz