Главная > Ölkə / Səhiyyə > Teqretol adlı dərman preparatının dövlət hesabına verilməsindən niyə imtina edilir.

Teqretol adlı dərman preparatının dövlət hesabına verilməsindən niyə imtina edilir.


2-05-2019, 01:27.
Xeberman.com saytına müraciyyət edən şikayyətçi Vüqar İsmayılov bildirib ki,əsəb xəstəsi olaraq Bakı şəhəri Nərmanov rayonunda yerləşən 8 nömrəli Polikilinikadan əsəb xəsdəsi kimi qediyyatdan keçib.Uzun müddətdir ki, Teqretol adlı dərman preparatı Poliklinikadan dərmanı həkimin yazdığı resept əsnasında dövlət hesabına verilirdi. İndi isə həmin dərman preparatını verməkdən adiyyatı üzrə dövlət qurumu imtina edib. Səbəb kimi həmin dərmanın qutardığını və ya depoda olmamasını deyirlər. Bu günə qədər Vüqar İsmayılova verilən Teqretol dərman satışda olsa da ,amma dövlət hesabına təmin olunan dərmanın anbarda olmadığı bildirilir. Vüqar İsmayılov bildirir ki, 2-ci qurup əlildir ,dərmanı çox bahadır və öz hesabına Te qretol adlı dərmanı almaq mümkün deyil. Ona görə Cənab Prezident İlham Əliyev və Mehriban Xanım Əliyevadan,adiyyatı üzrə dövlət qurumlarından xahiş edirəm ki, bu cür qanunsuz halların qarşısının alınması üçün müdaxilə edilsin. Qeyd edim ki, mən tək deyiləm.Mənim kimi, yüzlərlə xəstələrin bu dərmana ehtiyacı var. Çox xahiş edirəm ki,bu problemin həll olunmasında bizlərə köməklik göstərsinlər.Vüqar İsmayılov bildirib ki, bizə verilməyən dərman çox güman ki, apteklərdə satılan dərmanlardır. Biz də Xeberman.com saytı olaraq Səhiyyə Nazirliyinin və adiyyat üzrə digər qurumların da mövqeyini dərc etməyə hazırıq.
Вернуться назад