sitename
0

"WhatsApp"da İNANILMAZ YENİLİK - Nəhayət gəldi

Baxış: 234

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" daha bir yeniliyə imza atıb.

Redaktor.az Türkiyə mediasına istinadən bildirir ki, etdiyi yeniliklərlə istifadəçilərini mütəmadi olaraq sevindirən proqram bu dəfə hərəkətli smayliklər üzərində çalışır.

Animasiyalı smaylik yeniliyi hazırda inkişaf mərhələsində olduğu üçün onunla bağlı ətraflı məlumat verilmir. Lakin əldə edilən informasiyaya əsasən, yenilik ilk olaraq iOS istifadəçilərinin ixtiyarına veriləcək.

Yenilik “WhatsApp Web” də daxil olmaqla bütün platformalarda istifadəyə veriləcək.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz