sitename
0

Prezidentdən çörəklə bağlı VACİB QƏRAR

Baxış: 2 357
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Press-az.com xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.
 
Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz