sitename
0

Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq

Baxış: 385
Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb.

Lent.az-ın məlumatına görə, söz ustası "Şou news" verilişində bildirib ki, əməliyyat olunmalıdır: "1 il yarımdan sonra ayağıma taxılan millər götürülməli idi, amma qalırdı. Mənim işlərimin çoxluğu buna imkan vermirdi. Buna görə də əsa ilə gəzirdim. Mayda yenidən əməliyyat masasına oturacam və ayağımdakı millər çıxarılacaq. Ondan sonra yəqin ayağa durmağım 2 ay vaxt tələb edir. İndi axsayıram. Mənə istirahət lazımdır. İnsanlar isə məndən sağlam adam kimi nəsə tələb edirlər. Bəzi yerlərə yubanıram, bəzisinə isə gedə bilmirəm. Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz