sitename
0

Azərbaycanlı Diaspora sədri Karate üzrə dünya çempionu oldu

Baxış: 202
Press-az.com-un verdiyi məlumata görə,
02-06.05.2019 tarixlərində Ukrayna Respublikasının Xarkov şəhərində 32 ölkənin iştirakı ilə  Kempo-Karate və Kobudo növləri üzrə növbəti dünya çempionatı keçrildi.Xatırladaq ki Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov  Avstriya respublikasında Avstriya Azərbaycanlıları Diasporasının sədri vəzifəsini icra edir.Fərid Əzizov mayın 2-dən 6-dək Ukraynanın Xarkov şəhərində keçirilmiş kempo-karate və kabudo növləri üzrə kişilər arasında açıq dünya çempionatında iştirak edib.32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında idmançımız 3 növ üzrə tatamiyə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F. Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.Fərid Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb.Beləliklə, Diaspora sədri olan Fərid Əzizov  beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.
 







 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz