sitename
0

Azərbaycanlı müğənni deputat olmaq istəyir - VİDEO

Baxış: 351

Son günlərdə şou biznes nümayəndələri arasında deputat olmaq istəyənlər çoxalıb. Onlardan biri də “Elit Star” ləqəbi ilə tanınan müğənni Cəmilədir.

Redaktor.az-a açıqlama verən sənətçi bildirdi ki, deputat seçiləcəyi təqdirdə mədəniyyət və incəsənət sahəsini əhatə edən işlər görəcək:

“Fikrim var ki, deputat seçilim. İlk olaraq savadlı və istedadlı gənclərə kömək etmək istəyirəm. Estrada teatrı yaradıb, peşəkarları cəlb edib, xaricdə, bölgələrdə möhtəşəm konsert proqramları təşkil edəcəm. Şou-biznes toydan ibarət deyil. Sənəti bazara çeviriblər. Ayda 30 toy yox, 3 konsert vermək lazımdır. Fəaliyyətim ancaq mədəniyyət və incəsənət sahəsini əhatə edəcək. Qadınam, digər məişət problemlərini həll etməyə gücüm yoxdur. Əgər, desəm ki, yetimləri doyuracam, çörək verəcəm yalan demiş olub, xalqı aldatmış olaram. Yol göstərəcəm, ondan sonra gənclər çörək pulu qazanacaqlar. Düzgün yoldayam, səs versələr, marifləndirici işlər görəcəm”.

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz