sitename
0

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Baxış: 79

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Press-az.com-a bildirilib ki, olimpiadanın məktəbdaxili mərhələsində paytaxt üzrə 321 məktəbdən 15 minə yaxın şagird iştirak edib.

İlk turda 1621 məktəbli 18 baldan yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Şagirdlər 90 dəqiqə ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.

Olimpiadanın final mərhələsinin may ayı ərzində təşkil olunması nəzərdə tutulub. Bu mərhələdə Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz