sitename
0

QHT “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin icrasına başlayıb

Baxış: 58
“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi lahiyəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə Bakı məktəblərində reallaşacaq.

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin sədri Nəsimi Qarabağlı Press-az.com-a bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsidir.

Layihə çərçivəsində Bakı şəhəri məktəblərində “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçiriləcək. Görüşlərdə Qarabağ döyüşlərinin iştirakçıları və QHT rəhbərlərinin də iştirak etməsi nəzərdə tutulub. Bundan başqa Aprel döyüşlərində qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun əsgərlər və zabitləri haqqında sosial şəbəkələrdə təbliğat aparılacaq.

Layihənin yekununda “Yeniyetmələrin və gənclərin vətənpərvərik ruhunda yetişməsində Aprel döyüşlərinin rolu” mövzusuna dəyirmi masa keçiriləcək. Dəyirmi masada təhsil ekspertlərinin, QHT rəhbərlərinin və Qarabağ müharibəsi veteranlarının iştirakı nəzərdə tutulur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz