sitename
0

İmam Əli Azərbaycanla bağlı nə tapşırıq vermişdi?

Baxış: 1 283
Azərbaycana ərəb qəbilələrini kütləvi halda İmam Əli köçürüb. Kult.az xəbər verir ki, bu barədə tarixçi Əkbər Nəcəf qeyd edib.

 

O bildirib ki, IX əsr ərəb tarixçisi Əl-Bəlazuri həmin hadisələrdən bəhs edərkən Ərdəbil şəhərinin ərəblər üçün xüsusi əhəmiyyət daşıdığını yazıb: “Əli ibn Əbu Talib, yəni İmam Əli xəlifə olduqdan sonra əl-Əşas ibn Qeysi Azərbaycan əmiri təyin etdi. O, Azərbaycana gəldikdə buranın xalqının çoxunun müsəlman olduğunu və Quran oxuduqlarını gördü. Əl-Əşas bir qrup ərəbi Ərdəbilə yerləşdirdi. Bu yeri şəhər halına saldı və məscid tikdirdi. Ərəblər Azərbaycanda məskunlaşandan sonra Kufə, Bəsrə və Şamdan öz qəbilədaşlarını buraya gətirdilər. Hər bir qəbilə torpaq sahibi oldu, bəziləri də yerlilərdən torpaq satın aldılar. Kəndlərin mühafizəsi də müsəlmanlara verildi. Həmin yerlərin xalqı isə müsəlmanların torpaq əkib-becərənləri oldu”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz