Главная > Yazarlar > Dövlət başçısının son əfv fərmanı bir şoudur-Əlövsət Sadıqlı

Dövlət başçısının son əfv fərmanı bir şoudur-Əlövsət Sadıqlı


7-04-2019, 21:52.

Dövlət başçısının son əfv fərmanı bir şoudur-Əlövsət Sadıqlı


Press-az.com xəbər verir ki, Siyasi Məhbusların Müdafiə Mərkəzi idarə heyətinin üzvü  tanınmış ictimai-siyası xadim Əlövsət Sadıqlı feysbuk səhifəsində Dövlət başçısının son əfv fərmanını bir şou adlandırıb. Həmin statusu olduğu kimi sizlərə təqdim edirik:

“Dövlət başçısı son əfv sərəncamı ilə 153 siyasi məhbusdan 1/3-ni – 51 nəfərini həbsdən azad etdi və bununla da həm ölkə, həm də beynəlxalq ictimaiyyəti, güya ki, siyasi idarəetmə müstəvisində yumşalma və ya islahatlara meylilik imitasiyası ilə aldatmağa çalışdı.

Bəs əslində nə baş verib?!

Vətəndaş təqiblərinin, təzyiq, işgəncə və inzibati həbslərin artan tendensiyasını nəzərə almadan belə, təkcə “Tərtər”, “Gəncə” və “Sumqayıt” işləri ilə əlaqədar təqsirləndirilənlərin ittiham aktları, məhkəmə hökmləri ilə tanış oduqda və ya məhkəmə proseslərində iştirak etdikdə tam aydın olur və şübhə yeri qalmır ki, siyasi məhbusların yeni dəqiqləşdirilmiş siyahısındakı adlar 200-dən az olmayacaq… Və deməli, siyasi məhbusların sayı nəinki azalmayıb, hətta, 50%-dək artıb…!

Həmçinin hakimiyyətin bu imitasiya cəhdi o dərəcədə primitiv, diletant və savadsızdır ki, hətta siyasətdən tam uzaq insanlar belə bunu aydınlıqla dərk edir və bu, artıq ictimai müzakirə predmetinə çevrilməkdədir!…

Bəli, diktatura tipli avtoritar rejimin iç üzü və mahiyyəti budur və bundan yaxşı ola da bilməz!
Odur ki, heç kəs özünü aldatmasın və ya bəzi “çoxbilmiş siyasətçilər” də baş verənləri “islahat cəhdləri” kimi xalqa sırımağa çalışmasın! 
Atalar demiş: “Qozbeli qəbir düzəldər…””


Вернуться назад